İnterpress.az-ın xəbərinə görə, bunu deputat Zahid Oruc Milli Məclisin bu gün keçirilən iclasında deyib.
Biz Dağlıq Qarabağ ermənilərinə deməliyik ki, sizi Qarabağda girov saxlayan Ermənistan hakimiyyətidir”-deyə deputat bildirib.
Zahid Oruc deyib ki, Azərbaycan Xocalı qatilləri olan erməniləri bağışlamayacaq:
“Əgər silahı yerə qoyub təslim olsanız, sizi Azərbaycan vətəndaşlığı gözləyir. Azərbaycan dövlətini, Konstitusiyasını, ərazi bütövlüyünü qəbul edən, silahı yerə qoyan erməniləri daha yaxşı perspektiv gözləyir. Amma Xocalı faciəsini və xalqımıza qarşı digər cinayətləri törətmiş ermənilər bağışlanılmayacaq”.
Gülşanə Mustafayeva
İnterpress.az