İnterpress.az xəbər verir ki, Milli Məclisin iclasında adı çəkilən qanuna dəyişiklik məsələsi müzakirə olunub. Burada süni qida məhsullarının reklamına müəyyən qadağalar öz əksini tapıb.
Qanunun 10-cu maddəsinə edilənə dəyişikliyə əsasən, 10.6 maddəsinə-süni qida məhsullarının reklamının hamilə qadınlar və analar arasında, tibbi müəssisələrdə yayımlanması qadağandır. 10-7 bəndində isə göstərilib: yalnız sertifikatlaşdırma barədə sənədləri olduqda icazə verilə bilər. Süni qida məhsulları reklam edilə bilər. Bu halda reklamda sertifikatın nömrəsi, verilmə tarixi və onu verən orqanın adı göstərilməlidir. 10-8 maddədə bildirilib: Süni qida məhsullarının reklamında onlardan istifadənin yaş məhdudiyyətləri haqqında məlumat verilməli, mütəxəssislərə məsləhətləşmənin zəruriliyi göstərilməlidir. Həmçinin Ana südünün üstünlüyü qeyd olunmalıdır.
10-9 maddəsində Süni qida məhsullarının reklamının açıq məkanda yerləşdirilməsi qadağandır.
Gülşanə Mustafayeva
İnterpress.az