İnterpress.az Amerikada 1000 nəfər üzərində aparılan və elmi əsaslandırılması verilən araşdırmanın nəticələrini təqdim edir.
Araşdırmaya görə, göz dəyməsi, nəzər baxış və düşüncələrin birləşməsindən meydana gəlir.Təkcə insandan insana deyil, insandan bütün canlılara təsir edə bilir.
Nəzər deyilən şeyin çıxış nöqtəsi beyin və gözlər olur. Gözlər alfa, betta, qamma elektromaqnit dalğalarının zərərverici xüsusiyyətə malik enerji daşıyıcılarını yayır, nəticəsi də hiss və düşüncələrdə əks olunur. Düşüncəyə görə elektromaqnit enerjisi istehsal olunur və bu enerji gözlər tərəfindən hədəfə göndərilir. Alfa sarsıdıcı, betta dağıdıcı, qamma isə yandırıcı təsir göstərir. Onlar gözlərdəki fotoreseptor adlı işığa həssas duyğu hüceyrələrinin köməyi ilə yaranır.
Xalq arasında barəsində daha çox danışılan göz dəyməsi alfadan qaynaqlanır.
Aparılan araşdırmaya görə, bu təsir mavi və bal rəngli gözlərdə daha çox olur. Ən çox göz dəyənlər isə qəhvəyi və yaşıl gözlü insanlar olur.
Göz dəyməsi öz-özlüyündə ortaya çıxan bir reaksiyadır. Yəni, insan bunu öz arzusu ilə etmir. Ancaq az sayda olsa da bunu bacaran, metafiziki gücə sahib olan insanlar var. Bu insanları təhlükəli hesab etmək mümkündür, ancaq saylarının az olması sevindiricidir. Onlar bu prosesi qamma dalğaları ilə gerçəkləşdirir. Bu dalğalar ən böyük frekansa sahib, foton enerjisini özündə saxlayan dalğalardır.
Araşdırmalara görə, mavi gözlü insanların gözü daha tez-tez dəyir. Gözünün rəngi mavi olan insanların nəzəri əsasən qəhvəyi, yaşıl, bal rəngli gözə sahib insanlara dəyir. Yaşıl gözlü insanlar isə qara, qəhvəyi, bənövşə, bal rəngli gözü olan insanlara təsir göstərir.
Araşdırmalara görə, göz dəyməsindən qurtulmaq üçün göz muncuğu asılması heç bir təsir göstərmir.
İnterpress.az