Osmanlının dənizdə batan sirribackend

Osmanlının dənizdə batan sirri

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

İnterpress.az Türkiyə mətbuatına istinadən bildirir ki, təmir üçün lazım olan avadanlıqlarla bərabər bir çox hədiyyələr də gətirən gəmi 1583-cü ildə batıb.

Aparılan axtarışlardan sonra gəmidə 54 metr qırmızı ipək parça, 300 eynək, şüşə əşyalar, güzgülər, heykəllər tapılıb. Dənizin dibindən çıxarılan bu əşyalar Sabancı Muzeyində nümayış etdiriləcək.

Hürrəm Sultandan sonra Osmanlı imperiyasının barəsində ən çox danışılan qadını kimi tanınan Nurbanu Sultanın sifarişlərini gətirən gəmi indiki Xorvatiya ərazisində Zaqar şəhəri yaxınlığındakı adada batıb.

Ən yaxşı dalğıclar gəmidəki əşyaların çıxarılması üçün Nurbanu Sultanının göstərişinə əsasən səfərbər olub. 1583 – 1584 -cü illərdə bəzi əşyalar çıxarılıb. Ancaq gəminin əsl yükü dənizin dibində qalıb. 1967 – ci ilə qədər xatırlanmayan gəmi 1967-1973-cü illər arasında Kseniya Radulik və Sofiya Petrikioli adlı şəxslər tərəfindən ilk dəfə olaraq araşdırılıb. Çıxarılan əşyalardan bir qismi Zaqardakı muzeydə nümayiş etdirilib. Ancaq siyasi səbəblərdən gəmi ilə bağlı daha sonra heç bir araşdırma aparılmayıb.

Türkiyənin Sualtı Arxeologiya Fondu 2012-ci ildə batan gəmidə araşdırmaya başlayıb. 2 il aparılan axtarışdan sonra bir çox əşya su altından çıxarılıb.

İnterpress.az