Müşavir deyib: \”Ümid edirik ki, Əfqanıstan ABŞ və Rusiyanın, eyni zamanda digər vacib oyunçuların əməkdaşlığı üçün bir sahəyə çevrilə bilər. Çünki bizim hamımız Kabilin terror və narkotik təhlükəsini dəf etməsi və sülhü təmin etməsində maraqlıyıq. İnanırıq ki, Əfqanıstanı konfrantasiya sahəsi yox, əməkdaşlıq məkanı etməyin vaxtı çatıb\”.
Rəsmi Kabilin nümayəndəsi həm də qeyd edib ki, Əfqanıstan Vaşinqtondan sülh prosesini bərqərar etmək və terrorizmə qarşı mübarizə sahələrində konkret təkliflər gözləyir.
Siyasətçilər isə belə bəyanatların Əfqanıstanda hakimiyyət bölgüsü ilə əlaqəli olduğunu deyirlər. Politoloq Adıgözəl Məmmədov Ölkə.Az-a açıqlamasında bildirib ki, Əfqanıstan çox kompensiyalı dövlətdir. Onun sözlərinə görə, Əfqanıstanda siyasi hakimiyyət müəyyən qruplar arasında balanslaşdırılmış halda bölünüb.
“Əfqanıstanda vəziyyət olduqca mürəkkəbdir. Orada çox saylı millətlər var. Əfqanıstanın şimalında özbək tayfaları var. Türkiyənin orada müəyyən təsir imkanları var. Əfqanıstanda siyasi hakimiyyət müəyyən qruplar arasında balanslaşdırılmış halda bölünüb. Həmin qruplar da, siyasi hakimiyyətin verdiyi nemətlərdən bəhrələnirlər. İndi nəyinsə yenidən bölgüsü gedir. Belə bir halda bu tipli açıqlamaları təminat müraciəti kimi qiymətləndirmək lazımdır. Həmin müraciətdən sonra Rusiya və ABŞ Əfqanıstanda mövqeyini dəyişməyəcək”, – deyə Adıgözəl Məmmədov bildirib.
İnterpress.az