Mərkəzi Bank ehtiyatlardan manatın qiymətini sabit saxlamaq üçün istifadə edib, Reuters xəbər verir.
2014-cü ilin sonu ilə müqayisədə, ilin üç ayı ərzində ehtiyatlar 31 faiz düşüb.
Ötən həftə Bankın rəhbəri Elman Rüstəmov demişdi ki, manatın devalvasiyasından sonra fevralın 21-dən etibarən 1 milyard dollardan artıq ehtiyat satılmışdı.
Manatla kredit almaq problemi
Manatın devalvasiyasından sonra vətəndaşların çoxu bundan əmələ gələn problemlərindən gileylənib. Onlar arasında çoxu bankdan kredit ala bilmədiyindən şikayət edib.
BBC Azərbaycancanın Facebook səhifəsində məsələ ilə bağlı sorğuya cavab verənlər banlardan dollar ala bilmədiklərini, kredit almaqda çətinlik çəkdiklərini bildirib.
Üç gün əvvəl sənədləri verdiyini qeyd edən Ceyhun Esedov deyib ki, bank krediti \”heç dollarla da vermir. Bütün kreditləri saxlayıblar\”.
Zarina Azizova adlı istifadəçi kredit aldığını bildirib: \”Almışam dedilər əvvəlki qaydailə ödəyin amma getdim dedilərki xeyr dollar qalxıb və ödənişdədə artıq ödəyəcəksiz\”.
Kemale Kamil yazıb: \”Banklar qəti olaraq manat vermirlər. Dərəbəylikdiiir\”.
Sosial media sual edir: \”Bura ABŞ-dır ki..?\”
Reshad İsmail: \”Məhdudiyyət krediti manatla almaqdadı. Xeyli sayda banklar manatla kreditdən imtina edib. Vəziyyətə baxanda bankları qınamaq da düsgün olmaz. Çünki manat günü dündən dollar qarşısında dəyərini itirir\”.
Arzu Abbas adlı istifadəçi də kreditin manatla verilməməsi barədə şikayət edib: \”Mənə çatmayan bir şeydir bura ABŞ-dır milli bank manatla kredit verməyin deyir\”.
Sabina Aliyeva-Abdullazade həmçinin sual edib: \”Mən başa düşmürəm onda maaşı niyə dollarla vermirsiz? Uduzan həmişə biz olmalıyıq da\”.
Shah Ali Quliyev adlı istifadəçinin fikrincə, manatın devalvasiyasına görə hökumətdə dəyişiklik olmalıdır: \”Sivil ölkədə 35% devalvatsiyaya gətirən Nazir özü istifa verir\”.
\”Bütün ölkələrdə, İranda belə kreditlər milli valyuta ilə verilir! Biz bəyəm dövlət olmamışıq hələ?! Ona görə milli valyutada kredit vermirsiz?!\” – Mushfig Bayramov yazıb.
İnterpress.az