Rusiyanın nüfuzlu nəşrində Nizami Gəncəvi haqqında təxribat – FOTOFAKTbackend

Rusiyanın nüfuzlu nəşrində Nizami Gəncəvi haqqında təxribat – FOTOFAKT

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Rusiyanın \”Miqrantlar bu gün\” (Мигранты Сегодня) nəşri Azərbaycanın dahi şairi Nizami Gəncəvi haqqında təxribat xarakterli məlumat yayıb.

İnterpress.az-ın əldə etdiyi məlumata görə, sözügedən mətbu orqanı dahi Azərbaycan şairi və mütəfəkkiri Nizami Gəncəvinin yaradıcılığından bəhs edən yazıda kobud səhvə yol verərək onun fars şairi olduğunu qeyd edib.

Dünya şöhrətli Azərbaycan şairi və mütəfəkkiri, orta əsrlər şərqinin ən böyük şairlərindən biri olan N.Gəncəvi haqqında dərc olunan iki səhifəlik yazıda N.Gəncəvinin fars şairi kimi oxucu kütləsinə təqdim olunub. Eyni zamanda, yazıda mütəfəkkirin fars şairi olduğu iddia edən müəllif öz iddiasını inandırıcı etmək üçün bəzi səbəblər də gətirib.

Amma görünən odur ki, şairin həyat və yaradıcılığından kifayət qədər məlumatlı olmayan \”Miqrantlar bu gün\” nəşrinin əməkdaşının arqumentləri də həqiqəti əks etdirmir.

Belə ki, müəllif sözügedən yazıda Nizamini fars ədəbi mühitinin yetişdirdiyi qələm sahibi kimi təqdim etməsini onun bütün yaradıcılığının ancaq fars dilində olmasından irəli gəldiyini vurğulayıb.

Amma müəllif bu yazı ilə kobud səhvə, eləcə də, öz istedadsızlığını nümayiş etdirməsinə rəvac verib. Çünki Nizaminin fars dilində yazmasına görə onu məhz fars şairi adlandırmaq absurd arqument olduğu qədər, məntiqsiz və savadsız iddiadır. Çünki XII əsrin ictimai-siyasi ab-havası, eləcə də elmi-ədəbi əlaqələri bu dildə yazmağa imkan verirdi.

Eyni zamanda, şərqdə uzun əsrlər, o cümlədən də, Nizaminin zamanında \”fars dili – şeir di­li, ərəb dili elm dili, türk dili isə hərb dili\” ki­mi qəbul edilib. Qoca Şərqin böyük dühası olan onlarla şair­lər və alimlər mənsub olduqları xalqların dilində deyil, ərəb-fars dillərində yazıb-yarad­ıblar. Nizami İslam dininə mənsub olan böyük şair olduğuna görə, o, ilk növbədə Şərq aləmində tanınıb şöhrət qazanıb. Ona görə də, Nizami Gəncəvi Şərq ölkələrində qəbul olunmuş dildə yazıb-yaradıb.

Bu səbəbdən, tarix boyu dövrün tələbinə uyğun olaraq əsərlərin hansı dildə yazılması müəllifin milli mənsubiyyətinə kölgə salmayıb. Məhz Nizaminin yaradıcılığı fars dilində olmasına baxmayaraq onun bütün əsərlərində türk mədəniyyəti öz əksini tapıb. N.Gəncəvi əsərində ideal türk qadını obrazını canlandırıb və əsl türk qadınının hansı xislətə malik olduğunu öz əsərləri ilə bütün dünyaya çatdırıb. Ümumiyyətlə, N.Gəncəvinin yaradıcılığına nəzər yetirən zaman onun bütün əsərlərində türk mədəniyyətinin, türk mentalitetinin sezildiyi açıq-aydın hiss olunur. Eyni zamanda, şairin yaradıcılığında ideal türk qadını obrazı olan Şirin vasitəsilə fars hökümdarı Xosrova dərs deməsi də onun öz millətinə bağlı olduğunundan xəbər verir.

Qeyd edək ki, Nizami Gəncəvi 1141-ci ildə Azərbaycanın qədim Gəncə şəhərində anadan ol­ub. Eləcə də, bütün yaradıcılığını Gəncədə həyata keçirib.

Səid Qərib
İnterpress.az

Rusiyanın nüfuzlu nəşrində Nizami Gəncəvi haqqında təxribat - FOTOFAKT

Rusiyanın nüfuzlu nəşrində Nizami Gəncəvi haqqında təxribat - FOTOFAKT