“Academix”in təşkilatçılığı ilə Gürcüstanda 9 Aprel qurbanlarının xatirəsi anıldı – FOTOLARbackend

“Academix”in təşkilatçılığı ilə Gürcüstanda 9 Aprel qurbanlarının xatirəsi anıldı – FOTOLAR

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

“Academix”in təşkilatçılığı ilə Gürcüstanda 9 Aprel qurbanlarının xatirəsi anılıb.

İnterpress.az xəbər verir ki, “Academix” İnkişaf və Karyera Mərkəzinin təşkilatçılğı ilə, Gürcüstanda səfərdə olan Azərbaycanın təhsil işçiləri Gürcüstan parlamentinin binası önündə 9 Aprel qurbanlarının xatirəsinə ucaldılmış abidəni ziyarət ediblər.

Nümayəndə heyyəti 9 Aprel qurbanlarının xatirəsini anıb, Şota Rustaveli prospektindəki abidə önünə gül dəstələri düzüblər.

Qeyd edək ki, 1989-cu il aprelin 9-da Tbilisidə baş verən faciədən 33 il ötür. Həmin gün sovet ordusu Tbilisidə Gürcüstanın müstəqilliyi uğrunda başlamış dinc nümayişi tanklardan və zəhərləyici qazlardan istifadə etməklə qəddarlıqla dağıdıb.

1989-cu il 9 Aprel faciəsi zamanı 21 nəfər ölüb, yüzlərlə insan yaralanıb, 3500 nəfər kimyəvi qazdan zəhərlənib.

Gürcüstanda 9 Aprel tarixi Milli Birlik Günü, həmçinin müstəqillik uğrunda həlak olanların xatirə günü kimi qeyd edilir.