Almaniyada sel nəticəsində 33 nəfər ölüb, 70 nəfər itkin düşübbackend

Almaniyada sel nəticəsində 33 nəfər ölüb, 70 nəfər itkin düşüb

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Almaniyanın Şimali Reyn-Vestfaliya və Reynland-Pfalz federal torpaqlarında baş verən daşqınlar nəticəsində azı 33 nəfər həlak olub.

 

İnterpress.az yerli “Bild” tabloidinə istinadla xəbər verir ki, daşqınlardan ən çox zərər çəkən Arvayler rayonunda (Reynland-Pfalz) ölənlərin sayı 18 nəfərə çatır. Reynland-Pfalz federal əyalətinin daxili işlər naziri Rocer Leventsin sözlərinə görə, 50 nəfərdən 70 nəfərədək insan itkin düşmüş sayılır.

 

Xilasetmə işlərinə təcili xidmətlərlə yanaşı, bundesverin qüvvələri və polis helikopterləri cəlb olunub.

Regionda yaşayan 200 min nəfər elektriksiz qalıb. Reynland-Pfalz federal torpağında sutka ərzində bir kvadratmetr əraziyə 148 litr yağıntı düşüb. Leysan yağışları Reyn Ar və Mozel, həmçinin Zauer, Prüm, Nims, Kil və Erft çaylarının məcralarından çıxmalarına səbəb olub. Nəticədə bir sıra yaşayış məntəqələrinin faktiki olaraq xarici dünya ilə əlaqəsi kəsilib.

 

Daşqınlar Şuld kommunasında yaşayış binalarının çökməsi ilə nəticələnib, onlarla bina dağılma təhlükəsi ilə üzləşib. Altena, Solingen və Raynbax şəhərlərində, həmçinin Arvayler və Unna rayonlarında vəziyyət daha çətindir. Təbii fəlakət səbəbindən bir çox yaşayış məntəqəsində fövqəladə vəziyyət rejimi elan edilib.