Azərbaycan “enerji keçidi” kursunun həyata keçirilməsində ABŞ-nin laboratoriyası ilə əməkdaşlıq sahələrini müəyyənləşdirib.
Bu barədə energetika naziri Pərviz Şahbazov “X” sosial şəbəkəsindəki hesabında yazıb.
“Denverdə enerji transformasiyasını sürətləndirən elmi-texnoloji prosesə töhfə verən Milli Bərpa Olunan Enerji Laboratoriyasının fəaliyyəti ilə tanış olduq. Azərbaycanın “enerji keçidi” kursunun həyata keçirilməsində laboratoriya ilə əməkdaşlıq sahələrini müəyyənləşdirdik”, – deyə nazir bildirib.