Azərbaycan polisi dünya ikincisi oldu – FOTObackend

Azərbaycan polisi dünya ikincisi oldu – FOTO

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Dekabrın 8-dən 12-dək Antalya şəhərində universal (unifight) döyüş idman növü üzrə dünya çempionatı keçirilib.

Daxili İşlər Nazirliyindən verilən məlumata görə, həmin yarışda beynəlxalq turnirlərin mükafatçısı, Avropa çempionu, Sabunçu RPİ PPXB-nin polis baş serjantı Orxan Şükürov da iştirak edib.

Belə ki, o, 85 kiloqram çəki dərəcəsində ilk rəqibi – İran idmançısına qalib gəlib. Daha sonra O.Şükürov Qazaxıstan və Özbəkistan idmançılarından üstün olub.

Final döyüşündə O.Şükürov ukraynalı döyüşçüyə bir xalla məğlub olaraq yarışın gümüş mükafatçısı olub.

Qeyd edək ki, həmin yarışda Azərbaycan yığma komandası 32 nəfərlik heyətlə ölkəmizi təmsil edib.