Azərbaycan Premyer Liqasında yeni qaydalar: Futbolçulara stadionda duş almamaq tövsiyə olundubackend

Azərbaycan Premyer Liqasında yeni qaydalar: Futbolçulara stadionda duş almamaq tövsiyə olundu

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

İyunun 21-dən bərpa ediləcək futbol üzrə Azərbaycan Premyer Liqası üçün yeni qaydalar qüvvəyə minib.

Oxu.Az xəbər verir ki, bu gün Peşəkar Futbol Liqasının (PFL) prezidenti Ramin Musayev tərəfindən təsdiq olunan cari mövsümün Əsasnaməsinin komandalara aid olan hissəsini ixtisarla diqqətinizə çatdırırıq:

1. Stadionda, bazada, informasiya lövhəsində koronavirus pandemiyasından qorunmağın yolları haqqında məlumatlar öz əksini tapmalıdır.

2. Oyunun keçirildiyi stadiona sərbəst giriş-çıxış matçın startından üç saat əvvəl bağlanmalıdır.

3. Oyunlardan öncə stadiona gəlişinə rəsmi qaydada icazə verilmiş şəxslərin hərarəti girişdə yoxlanılmalıdır. Hərarəti yüksək olan şəxsin stadiona girişinin qarşısı alınmalıdır. Stadiona, bazaya gələcək şəxslər mütləq şəkildə tibbi maskadan istifadə etməlidirlər.

Bütün bunlara nəzarət etmək üçün stadiona giriş bir yerdən olacaq. Məlum pandemiyanın simptomları aşkarlanan şəxs izolyasiya edilməlidir.

4. Oyunun rəsmi nümayəndəsi matçın startından ən azı iki saat yarım əvvəl stadionda olmalıdır. İclas otağı oyun günü matçın startından üç saat əvvələ qədər dezinfeksiya edilməli və havalandırılmalıdır.

İclasda iştirak edən şəxslər mütləq şəkildə sosial məsafəyə riayət etməlidirlər. AFFA nümayəndəsinin rəhbərliyi ilə keçirilən iclasda hər kəs tibbi maskadan istifadə etməlidir.

Xüsusi qeyd: AFFA nümayəndəsi iclasın gedişində mütləq şəkildə COVID-19-la bağlı danışmalı və təlimata uyğun fikirlərini bildirməlidir.

5. İclasdan sonra bütün otaqların dezinfeksiya edilməsinə nümayəndə tərəfindən nəzarət edilməlidir.

6. Futbolçular oyuna üzərlərində PFL tərəfindən verilmiş xüsusi “A buraxılışı” ilə gəlməlidirlər. “A buraxılışı”nın istifadə müddəti mövsümün son oyununa kimi uzadılır və üzərində “A buraxılışı” olmayan şəxs stadion, baza ərazisinə daxil ola bilməz. Bu, polis və yerli komandanın Nəzarət Buraxılış xidməti tərəfindən tənzimlənir.

7. Komandaların stadiona gələn zaman soyunub-geyinmə otağına yollanmaları növbəli şəkildə olmalı və bu zaman oyunçular fiziki təmasdan çəkinməlidirlər.

8. Oyunlara ancaq adı cari oyunun protokolunda qeyd olunan şəxslər gələ bilər. Zədəli, cəzalı və digər səbəblərdən oyunda iştirak etməyən şəxslər stadiona buraxılmamalıdır.

9. Stadionda, bazada, istifadə olunan bütün otaqlarda, “sky-box”ların ümumi girişində, eləcə də sanitar qovşaqlarda dezinfeksiya aparatları olmalıdır.

10. Oyunlara yalnız PFL tərəfindən qeydiyyatdan keçmiş, oyunun təşkili və qiymətləndirilməsinə cavabdeh olan şəxslər gələ bilər. Müvafiq departamentlər bununla bağlı əməkdaşlarına məlumat verməlidirlər.

11. Oyundan öncə hər iki komandanın əvvəlki qaydada tuneldə yoxlanış üçün düzülməsi ləğv olunur. Bu, hər iki komandanın soyunub-geyinmə otağının önündə gerçəkləşdiriləcək. Bu zaman futbolçular, eləcə də futbolçularla hakimlər arasında sosial məsafənin qorunması vacibdir. Köməkçi hakim tibbi maska taxmalıdır.

Əgər geyim formasında hər hansı problem varsa belə, oyunlar nəzərdə tutulan vaxtda başlayacaq. Ən pis halda hansısa komanda az sayda oyunçu ilə (qapıçı xaric) oyuna başlamalıdır.

Bu insanların toplu şəkildə uzun müddət birlikdə qalmasının qarşısını alır. Futbolçu formasında yaranmış nasazlığı aradan qaldırdıqdan sonra oyuna qoşula bilər. Komandaların yoxlanılması və meydana daxil olmasından birinci ev sahibləri, daha sonra qonaqlar istifadə edəcək.

12. Oyunlarda azarkeşlərin iştirakına icazə verilmir. Amma onlara məxsus bannerlər klub nümayəndəsi tərəfindən tribunaya yerləşdirilə bilər. Azarkeşlərin içəri daxil olmasının qarşısını polis və yerli klub almalıdır.

13. Oyunun start heyətindən öncə salamlaşma, vımpel dəyişmək, kollektiv şəkil çəkdirmək, hakimlərin oyundan əvvəl bir-birinə dəstək salamlaşması ləğv olunur.

14.  Fasilə zamanı oyunçulara soyunub-geyinmə otağına getməmələri və stadionda dincəlmələri tövsiyə olunur (ciddi zərurət olmadığı təqdirdə). Əgər komandalar soyunub-geyinmə otağına gedəcəklərsə, bu, növbəli şəkildə və sosial məsafə qorunmaqla edilməlidir. Birinci meydan sahibi, sonra qonaq komanda stadionu tərk etməlidir.

15. Oyunçulara qol sevincini fərdi qeyd etmələri tövsiyə olunur.

16. Oyundan sonra sağollaşmalar təmassız edilməlidir.

17. Oyundan sonra soyunub-geyinmə və duş otaqlarında sosial məsafənin qorunması, eləcə də, meydan sahibi komandanın oyunçularına klubun bazasındakı otaqlarda duş qəbul etmələri tövsiyə olunur.

İnterpress.az