Azərbaycan UNECE ilə enerji sahəsində əlaqələri genişləndirməkdə maraqlıdırbackend

Azərbaycan UNECE ilə enerji sahəsində əlaqələri genişləndirməkdə maraqlıdır

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Azərbaycan BMT-nin Avropa üzrə İqtisadi Komissiyası (UNECE) ilə energetika sahəsində əlaqələri genişləndirməkdə maraqlıdır.

İnterpress.az  Energetika Nazirliyinə istinadən xəbər verir ki, bu barədə energetika nazirinin müavini Samir Vəliyevlə UNECE-nin icraçı katibinin müavini Dmitri Mariyasin arasında keçirilən görüşdə müzakirə edilib.
Görüş çərçivəsində Azərbaycan ilə UNECE arasında enerji sahəsində mümkün əməkdaşlıq istiqamətləri ətrafında fikir mübadiləsi aparılıb, münasibətlərin daha da möhkəmləndirilməsinə maraq ifadə olunub.
Görüşdə SPECA regionunda enerji təhlükəsizliyi və enerji keçidi məsələləri, dayanıqlı və karbon neytral enerji sistemlərinin qurulmasında çoxtərəfli əlaqələrin rolu, yaşıl texnologiyaların tətbiqi kimi istiqamətlər müzakirə olunub.
Nazir müavini Azərbaycanda həyata keçirilən enerji siyasəti və islahatlar, ölkənin enerji balansında bərpa olunan enerji mənbələrinin payının artırılması istiqamətində həyata keçirilən son tədbirlər, eləcə də Avropaya “yaşıl enerji” və “yaşıl hidrogen” ixracı planları barədə məlumat verib.

Qeyd edilib ki, Azərbaycan eyni zamanda 2050-ci ilə qədər karbon emissiyalarını 40 % azaltmaq barədə könüllü öhdəlik götürüb.