Azərbaycan xarici işlər naziri Ceyhun Bayramov maltalı həmkarı, ATƏT-in fəaliyyətdə olan sədri İan Borqla birgə mətbuat konfransında rəsmi Bakının Ermənistanla sülh sazişinin şərtlərini açıqlayıb.
İnterpress.az xəbər verir ki, nazir qeyd edib ki, 2024-cü ildən intensiv danışıqlar başlayıb.
“Münxendə, Berlində, Almatıda tərəflər arasında danışıqlar aparılıb. Gözləntilərdə realist olmalıyıq, detalları açıqlaya bilmərəm, çünki spesifik məqamlar var”, – nazir deyib.
Bununla belə C.Bayramov Ermənistanla sülh sazişi üçün Azərbaycanın şərtlərini də açıqlayıb:
“Sənəddə sülh sazişi ilə bağlı açıq məqamlar, bir müddətdən sonra yenidən müzakirə mövzusuna çevriləcək məsələlər yer almamalıdır”.