Azərbaycana Gürcüstandan avtomobil idxalı azalıbbackend

Azərbaycana Gürcüstandan avtomobil idxalı azalıb

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Bu ilin yanvar-may aylarında Azərbaycan Gürcüstandan 96,6 milyon ABŞ dolları dəyərində 11 677 ədəd minik avtomobili idxal edib.

İnterpress.az xəbər verir ki, bu barədə Gürcüstanın Milli Statistika İdarəsindən bildirilib.

Məlumata əsasən, bu, illik müqayisədə 1 870 ədəd və yaxud 13,8 % azdır.

Hesabat dövründə Gürcüstandan ümumilikdə 191 milyon ABŞ dolları dəyərində avtomobil təkrar ixraca yönəlib ki, bunun da 50,58 %-i Azərbaycanın payına düşüb.