Azərbaycanın razılığı olmadığı halda Qarabağa, ümumən münaqişə bölgəsinə hər hansı güc girə bilməz – TƏHLİLbackend

Azərbaycanın razılığı olmadığı halda Qarabağa, ümumən münaqişə bölgəsinə hər hansı güc girə bilməz – TƏHLİL

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Toğrul İsmayıl: “Zaman keçdikcə Ermənistan sülh anlaşmasını imzalamaq məcburiyyətində qalacaq”

Ermənistanın Baş naziri Nikol Paşinyan Azərbaycanla sərhəddə təxribatların, hər hansı insidentin yaşanmaması üçün islahatlar adı altında geri çəkilmək məcburiyyətində qalıb. Avqustun 18-də hökumətin iclasında çıxış edən Paşinyan bildirib ki, sərhədin “bəzi hissələrinin” mühafizəsi ölkənin Milli Təhlükəsizlik Xidmətinin sərhəd qoşunlarına həvalə ediləcək. Nəzarətə götürüləcək həmin ərazilər silahlı qüvvələrdən təhvil alındıqdan sonra sərhəd qoşunlarının sayı artırılacaq və islahatlar həyata keçiriləcək. Baş nazir bu planın hökumətin 2021-2026-cı illər üçün nəzərdə tutulan proqramında yer aldığını bəyan edib. Bununla da, Paşinyan Azərbaycanla sərhəddə vəziyyətin normal səviyyəyə gətirilməsinə, perspektivdə sağlam münasibətlərin qurulmasına yönəlik addımlar atılacağı görüntüsü yaradıb. Eyni zamanda o, Türkiyə ilə də sərhədlərin açılmasında, hərtərəfli münasibətlər qurulmasında maraqlı olduğunu gizlətmir. Halbuki bundan əvvəl Ermənistan hökumət başçısı Azərbaycanla sərhədə ATƏT-in Minsk Qrupunun həmsədri olan ölkələrdən, o cümlədən Fransa və ABŞ-dan sülhməramlı qüvvələrin yerləşdirilməsinə çağırış etmişdi. Ardınca isə Azərbaycanla bütün sərhəd boyu Rusiya sərhəd qoşunlarına məxsus dayaq məntəqələrinin yerləşdirilməsi təşəbbüsü ilə çıxış etmişdi.