Azərbaycanlı aktyor dünyaca məşhur bu şəxsin övladı imiş – FOTObackend

Azərbaycanlı aktyor dünyaca məşhur bu şəxsin övladı imiş – FOTO

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

YUNESKO rəssamlar birliyinin üzvü, məhşur rəssam rəssam, həm də tanınmış aktyor Nizar Məmmədov, dünyaşöhrətli Xalq rəssamımız Sakit Məmmədovun övladıdır.  Tanınmış aktyor və rəssam barəsindəki bu məlumat bir çoxlarını yaxşı mənada təəccübləndirib. Qeyd edək ki, Nizar Məmmədovun rəsm əsərləri dünyaca məhşur insanların kolleksiyalarında saxlanılır.

Xatırladaq ki, Vatikan Zadəgan Heraldika Akademiyası Sakit Məmmədov qraf titulu verib.

Qeyd edək ki, Azərbaycanın Əməkdar İncəsənət Xadimi, rəssam Sakit Məmmədov opalizm üslubunun əsasını qoyub. Sakit Məmmədovun əsərləri məşhur adamların şəxsi kolleksiyalarında, Vatikan muzeyində, “Opera” qalereyasında (Sinqapur), Bakıda Müasir İncəsənət Muzeyində, Azərbaycan Milli İncəsənət Muzeyində saxlanılır. Onun işləri dünyanın bir çox nüfuzlu qalereyalarında nümayiş etdirilir. Sakit Məmmədov ABŞ, Almaniya, Fransa, İtaliya, Türkiyə, Belçika, Rusiya, Çexiya, İsveç, Polşa, Avstriya, Macarıstan və digər ölkələrdə keçirilən sərgilərdə iştirak edib.

          ————————————————————————————————-
       REDAKTOR  :
       BÜNYAMİN ÇİNGİZOĞLU
       İnterPRESS.az