Çində tərk edilmiş yaşayış kompleksi meşəyə çevrilib.
İnterpress.az xəbər verir ki, Çinin Quanqao şəhərində illər əvvəl yarımçıq qalmış çoxmərtəbəli binaları zamanla təbiət bürüyüb.
Məlumata görə, 2000-ci illərdə ölkədə iqtisadi yüksəliş fonunda çox sayda iri yaşayış kompleksi tikilməyə başlanılıb. Lakin müxtəlif səbəblərdən onların bir qismi tam başa çatdırılmadan tərk edilib.
Təxminən 20 il sonra yarımçıq qalmış binaların ətrafı sıx yaşıllıqla örtülüb. Ağac və digər bitkilər binaların ərazisini tamamilə bürüyərək əraziyə postapokaliptik görüntü verib.
Görüntülər məşhur “The Last of Us” serialındakı təbiətin tərk edilmiş şəhərləri bürüdüyü səhnələri xatırladır.
Xuraman Etibarlı
İnterpress.az






