Fevralın 1-də respublika ərazisində ümumi sutkalıq təbii qazın qəbulu 43 milyon 441 min kubmetr təşkil edib.
İnterpress.az-ın məlumatına görə, bunu Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) “Azəriqaz” İstehsalat Birliyinin Rejimlərə nəzarət və mərkəzi dispetçer şöbəsinin rəisi Rasim Əhmədov bu gün media və QHT nümayəndələri üçün keçirilən “Açıq qapı” aksiyası zamanı bildirib.
Onun sözlərinə görə, Bakı şəhəri və Abşeron yarımadası üzrə qəbul 25 milyon 644 min kubmetr, regionlar üzrə isə bu rəqəm 17 milyon 797 min kubmetr təşkil edib: “Respublika ərazisində ümumi sutkalıq təbii qazın qəbulunun 59 %-i Bakı və Abşeron yarımadasının, 41 %-i isə regionların payına düşüb”.
R. Əhmədov bildirib ki, bu, ötən ilin müvafiq tarixinə qazın qəbulu üzrə göstərici 36 milyon 071 min kubmetr səviyyəsində olub: “Beləliklə, ötən ilin müvafiq göstəricisi ilə müqayisədə bu ilin fevralın 1-də “Azəriqaz” 7 milyon 371 min kubmetr az qaz qəbul edib, bu da temperatur şəraiti ilə bağlıdır”.
O bildirib ki, yanvar ayı üzrə respublika ərazisində ümumi sutkalıq təbii qazın qəbulu 1 milyard 278 milyon 633 min kubmetr təşkil edib: “Azəriqaz” İstehsalat Birliyinin tarixindən ən çox qəbul edilən sutkalıq qaz qəbulu da yanvar ayına təsadüf edir. Yanvarın 24-də respublika ərazisində ümumi sutkalıq təbii qazın qəbulu 47 milyon 376 min kubmetr təşkil edib”.