AzMİU-da “Polşanın – tarixi və memarlıq irsi” adlı fotosərgi keçirilibbackend

AzMİU-da “Polşanın – tarixi və memarlıq irsi” adlı fotosərgi keçirilib

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Azərbaycan Memarlıq və İnşaat Universitetində (AzMİU) “Dünyanın şah memarlıq əsərləri” adlı fotolayihəsi çərçivəsində “Polşanın – tarixi və memarlıq irsi” adlı sərgi keçirilib.

İnterpress.az xəbər verri ki, məlumat üçün bildirək ki, bu layihə çərçivəsində keçirilən 3-cü sərgidir.

İtaliya-Azərbaycan Dizayn Mərkəzi və Polşanın Azərbaycandakı səfirliyinin təşkilatçılığı ilə keçirilən sərgidə azərbaycanlı fotoqraf Cəmşid Mustafayevin 18 maraqlı fotoşəkili nümayiş olunub. Totoşəkillərdə Polşanın müxtəlif şəhərlərinin heyrətamiz tarixi və memarlıq şedevrləri əks olunub.

Tədbirdə AzMİU-nun rektoru, professor Gülçöhrə Məmmədova, universitetin professor-müəllim heyəti, tələbələr, həmçinin Polşanın Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri Rafal Poborskin, Avstriyanın ölkəmizdəki səfiri Tomas Şuller-Qötzburq, layihənin kuratoru Aydın Sadıxov və Azərbaycandakı diplomatik korpusların nümayəndələri iştirak ediblər.

Açılış mərasimində İtaliya-Azərbaycan Dizayn Mərkəzinin direktoru Fərid Kərimov çıxış edərək “Dünyanın şah memarlıq əsərləri” adlı fotolayihə barədə qonaqlara məlumat verib və qeyd edib ki, layihənin əsas məqsədi dünyanın müxtəlif ölkələrinin memarlıq xüsusiyyətləri, tarixi və mədəni irsi, eləcə də dizayn sahəsində yeniliklərlə tanışlıqdır.

AzMİU-nun rektoru, professor Gülçöhrə Məmmədova çıxış edərək qonaqları salamlayıb və layihənin fərqli memarlıq nümunələrini öyrənmə, təbliğ etmə baxımından önəminə diqqət çəkib.

Polşa Respublikası memarlığının Avropa memarlığında xüsusi yerə sahib olduğunu qeyd edən professor Gülçöhrə Məmmədova bildirib ki, maraqlı fotoşəkilindən ibarət ekspozisiya Polşa memarlığını dərindən mənimsəmək üçün AzMİU tələbələrinə, memarlıq üzrə professor-müəllim heyətinə unikal şərait yaradacaq. Rektor Polşanın, xüsusilə Varşava, Vroslav, Qdansk, Krakov və Katovitsed şəhərlərinin unikal və tarixi memarlığına diqqət çəkərək memarlıq nümunələrinin qorunmasının əhəmiyyətindən danışıb.

Sərgiyə görə universitet rəhbərliyinə, təşkilatçılara təşəkkürünü bildirən səfir Rafal Poborskin bu tip təbirlərin ölkələrimiz arasındakı əlaqələri gücləndirdiyini qeyd edib. Səfir əlavə edib ki, Polşa tarixinə, memarlıq irsinə göstərilən diqqət AzMİU-nu bu ölkə üçün dava cazibədar ali təhsil müəssisəsinə çevirəcək. Səfirliyin Polşa universitetləri ilə AzMİU arasında əməkdaşlığa töhfə verəcəyini qeyd edən Rafal Poborski qarşılıqlı əlaqələr və birgə layihələrdən məmnunluğunu ifadə edib.

Fotoqraf və səyyah, sərginin kuratoru Aydın Sadıxov AzMİU rəhbərliyinə və səfirlik nümayəndəsinə, eləcədə digər qonaqlara təşəkkür edib və layihənin davamlı olacağını bildirib.

Rəsmi hissədən sonra sərgiyə baxış keçirilib. Sərgidə Polşanın müxtəlif şəhər və qəsəbələrində yerləşən qala və tarixi-memarlıq abidələri maraqlı fərdi fotokompozisiya şəklində təqdim olunub. Təqdim olunan ekspozisiyada fotoqrafın əsasən Varşava, Vroslav, Qdansk, Krakov və Katovitsedə çəkdiyi foto işləri təqdim olunub.

Sərgiyə baxış keçiriləndən sonra Polşa səfirliyinin ikinci katibi, doktor Katarjina Piasecka tərəfindən təqdimat keçirilib. Təqdimatda Polşanın memarlığının əsrlər boyu necə dəyişdiyinə qısa nəzər salınıb və Polşa binalarının özünəməxsus xüsusiyyətləri haqqında məlumat verilib. Təqdimat zamanı, həmçinin memarlıq mühitinə təsir edən tarixi hadisələrə də toxunulub.