Misirdən dəhşətli hadisə baş verib – 13 yaşlı məktəbli həmyaşıdını qətlə yetirməkdə ittiham olunur.
İnterpress.az xəbər verir ki, bu barədə Misir mediası məlumat yayıb. Yerli mediada yayılan məlumatlara görə, o, hadisəni filmlərdən və videooyunlardan təsirlənərək törədib.
Məlumata görə, 13 yaşlı məktəbli bir sinif yoldaşını öldürüb, cəsədi parçalayıb, bir tikəsini dadıb və qalanını şəhərə səpələyib.
Yeniyetmə Yusif tanışını şirnikləndirib evinə gətirib, başına ağacla vurub, öləndən sonra isə atasının mişarı ilə meyiti yarıya bölüb.
O, tikələri şəhərə səpib və kiçik bir tikənin dadına baxıb.
Yusif özü filmlərdən və video oyunlardan səhnələri canlandırmaq istədiyini bildirib. O, hazırda həbsdədir.
Xuraman Etibarlı
İnterpress.az






