Dağıstan kəndində yeniyetmələrin davasına müdaxilə etməyən müəllim işdən çıxarılıb.
İnterpress.az xəbər verir ki, bu barədə Rusiya mediası məlumat yayıb.
Hadisə dünən baş verib: iki yeniyetmə arasında mübahisə yaranıb, onlardan birini müdafiə etmək üçün Xasavyurtdan onun böyük qardaşı gəlib.
O da bir neçə il əvvəl 9-cu sinifdən sonra həmin məktəbi tərk etmişdi. Gənc oğlan qarşı tərəfi sərt şəkildə döyüb və təpiklə vurub.
İlkin məlumata görə, bütün bu hadisəni ibtidai sinif müəllimi videoya çəkib — o, məktəbdə sentyabrın əvvəlində işə qəbul olunmuşdu, lakin artıq işdən azad edilib.
Hadisədən sonra həm valideynlərlə, həm də şagirdlərlə profilaktik söhbət aparılıb.
Xuraman Etibarlı
İnterpress.az






