Adanada tualet nümunəsi ilə oğru tutulub.
İnterpress.az xəbər verir ki, bu barədə Türkiyə mediası məlumat yayıb.
Türkiyənin Adana şəhərində 2022-ci ildə bir müəssisədən 1 milyon lirə (təxm. 40 min 506 man) dəyərində seyf oğurlayan şəxs qeyri-adi üsulla aşkarlanıb.
Oğrunun cinayət yerində alt paltarında buraxdığı nəcisdən götürülən DNA nümunəsi onun tutulmasına imkan verib.
Məhkəmə nəticəsində oğruya 12 il 6 ay həbs cəzası kəsilib.
Xuraman Etibarlı
İnterpress.az






