Bundesver təlimi zamanı polis əsgərlərə atəş açıb, bir nəfəri üzündən yaralayıb.
İnterpress.az xəbər verir ki, bu barədə “Bild” məlumat yayıb.
Bavariyanın Erdinq şəhərində keçirilən Bundesverin təlimləri zamanı ciddi insident baş verib. Hərbçilər və polislər bir-birini həqiqi düşmən zənn edərək atışmaya başlayıblar.
Təlimlərdə Feldyegeri Münhen yaxınlığında vətəndaş xidmətləri ilə əməkdaşlığı məşq edirdi. Əvvəlki təlimlərdə təxminən 300 polis, yanğınsöndürən və xilasedici iştirak etmişdi.
Bild-in məlumatına görə, hadisə polisin 110 nömrəsinə edilən fövqəladə zəng nəticəsində baş verib.
Yerli sakinlər Altenerdinq ətrafında silahlı və maskalanmış şəxslərin gəzib dolaşdığını bildiriblər.
Növbədə olan polis təlimlərdən xəbərsiz olub və yüksək səviyyədə təcili siqnal verib.
Hərbçilər yaxınlaşan polisləri təlim iştirakçıları zənn edib atəş açıblar, polis isə həqiqi silahdan cavab atəşi açıb. Nəticədə bir hərbçi üzündən yaralanıb və helikopterlə klinikaya çatdırılıb.
Hələlik məlum deyil ki, niyə Erdinq polisi təlimlər barədə məlumatlandırılmayıb.
Xuraman Etibarlı
İnterpress.az






