Sam Sung adlı Apple işçisi rəqibinə reklam etməmək üçün soyadını dəyişməli olub.
İnterpress.az xəbər verir ki, hadisə 2012-ci ildə baş verib. Sam Sung adlı bir oğlan Apple Store-da işləməyə başlayıb. Lakin bir gün müştəri onun ad lövhəsinin fotosunu çəkib və vəziyyət kontroldan çıxıb.
“Apple – Sam Sung” başlığı ilə çəkilən foto sosial mediada sürətlə yayılıb və əsl meme çevrilib.
Apple Sama müştərilərlə ünsiyyət qurmağı, özünü təqdim etməyi qadağan edib və vizit kartlarını əlindən alıb.
Oğlan memdən qaynaqlanan təzyiqin öhdəsindən gələ bilməyib, işdən çıxıb, soyadını Struan olaraq dəyişdirib və “Apple – Sam Sung” yazısı olan vizit kartını hərracda 2500 dollara satıb.
Xuraman Etibarlı
İnterpress.az






