Ermənistanda məhkumun qaçışının QARŞISI ALINDI – Ayağından GÜLLƏLƏNDİbackend

Ermənistanda məhkumun qaçışının QARŞISI ALINDI – Ayağından GÜLLƏLƏNDİ

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Armavir cəzaçəkmə koloniyasının işçiləri məhbusun qaçmasının qarşısını onun ayağından vuraraq alıblar.

İnterpress.az xəbər verir ki, bu barədə Cəzaçəkmə Müəssisəsinin mətbuat xidməti məlumat verib.

Armavir koloniyasının əməkdaşları məhkumun qaçış cəhdinin qarşısını alaraq ona ayağından atəş açıb, xəbərdarlıq edib.

İnsident 22 oktyabr saat 19:10 radələrində baş verib.

Məhkum xəstəxananın pəncərəsindən çıxaraq qaçmağa çalışıb.

Koloniya əməkdaşı əvvəlcə hava istiqamətində xəbərdarlıq atəşi açıb, lakin məhkum tabe olmayıb və müəssisənin qapısından keçib.

Nəticədə əməkdaş ona ayağından atəş açaraq qaçışının qarşısını alıb.

Məhkuma tibbi yardım göstərilib, həyatına heç bir təhlükə yoxdur.

İnsidentlə bağlı xidmət araşdırması başlanıb.

Xuraman Etibarlı

İnterpress.az