İranda MAQATE əməkdaşı casusluq ittihamı ilə 10 il HƏBS EDİLDİbackend

İranda MAQATE əməkdaşı casusluq ittihamı ilə 10 il HƏBS EDİLDİ

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

İran MAQATE-nin keçmiş əməkdaşına casusluq ittihamı ilə 10 il həbs cəzası verib.

İnterpress.az xəbər verir ki, bu barədə fars mediası məlumat yayıb.

İran İslam Respublikası keçmiş beynəlxalq atom enerjisi agentliyi (MAQATE) əməkdaşı Əmir Rza Cəlilianı “Böyük Britaniyanın xeyrinə casusluq” ittihamı ilə 10 il müddətinə azadlıqdan məhrum edib.

Cəlilian 2025-ci ilin avqust ayında Tehrana səfəri zamanı həbs olunmuş və o vaxtdan etibarən istintaq altında olub.

Məhkəmə işinə milli təhlükəsizlik üzrə tanınmış hakim Salavati baxıb və təqsirləndirilən şəxsə vəkil seçmək hüququ verməyib.

Əmir Rza Cəlilian İranda nüvə sahəsində tanınmış alim olub və əvvəl MAQATE-də Vyanada radiofarmasötik dərmanlar üzrə mütəxəssis kimi çalışıb.

O, İranın Atom Enerjisi Təşkilatı ilə əməkdaşlıq edərək onkoloji xəstələrin müalicəsi üçün radiodərmanların hazırlanması layihələrində iştirak edib.

Xuraman Etibarlı

İnterpress.az