Bakıda su xəttində qəza baş verib.
İnterpress.az İqtisadiyyat.az-a istinadla xəbər verir ki, hadisə Yasamal rayonu, Əsəd Əhmədov küçəsində qeydə alınıb.
Xətdə baş vermiş qəza nəticəsində küçəyə fasiləsiz su axır.
Xatırladaq ki, bu küçədəki su kəmərində ötən ilin oktyabr ayında da qəza baş vermişdi. Nəticədə ərazini – yaxınlıqda iaşə müəssisələrini, yaşayış binalarının zirzəmilərini su basmışdı.