Biləsuvarda mikroavtobus aşıb: 1 ölü, 6 yaralıbackend

Biləsuvarda mikroavtobus aşıb: 1 ölü, 6 yaralı

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Biləsuvarda mikroavtobus aşıb, ölən var.

Yol-nəqliyyat hadisəsi Ələt-Astara-İran İslam Respublikası ilə dövlət sərhədi avtomobil yolunun Biləsuvar rayonundan keçən hissəsində baş verib.

 

Mikroavtobus idarəetmədən çıxaraq aşıb. İlkin məlumata görə, nəqliyyat vasitəsinin içində olan şəxslərdən 1 nəfər ölüb, 6 nəfər isə müxtəlif dərəcəli bədən xəsarətləri alıb.

Faktla bağlı araşdırma aparılır.

 

İnterpress.az