BlackRock “Ukraynanın Bərpası Fondu” üçün investor axtarışını DAYANDIRDIbackend

BlackRock “Ukraynanın Bərpası Fondu” üçün investor axtarışını DAYANDIRDI

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

ABŞ-ın ən böyük investisiya şirkətlərindən biri olan BlackRock, Ukraynanın bərpası üçün yaradılan fonda investor cəlbini maraq çatışmazlığı səbəbilə müvəqqəti dayandırıb.

İnterpress.az xəbər verir ki, bu barədə Bloomberg məlumat yayıb. Qeyd olunur ki, ilkin mərhələdə fonda milyardlarla dollar investisiya cəlb olunacağı gözlənilsə də, real maraq gözləntiləri doğrultmayıb.

Bundan əvvəl nə gözlənilirdi?

The Wall Street Journal yazırdı ki, xarici kreditorlar Ukraynadan borc ödənişlərini bərpa etməyi gözləyirlər. İki nəhəng – BlackRock və Pimco – artıq Ukrayna dövlət istiqrazları üzrə ödənişlərin alınması üçün xüsusi kreditor komitəsi formalaşdırırlar. Müharibə dövründə Ukraynaya verilən güzəştlər başa çatır və beynəlxalq maliyyə qurumlarının səbir kasası dolmaq üzrədir. Ukrayna tərəfi isə həm hərbi, həm də sosial-iqtisadi yük altında çətin seçimlərlə üz-üzə qalıb.

Xuraman Etibarlı

İnterpress.az