Tramp Putini peşəkar adlandırdı: “Sanksiyalara baxmayaraq Rusiya ayaqda qalmağı bacarır”backend

Tramp Putini peşəkar adlandırdı: “Sanksiyalara baxmayaraq Rusiya ayaqda qalmağı bacarır

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

ABŞ-ın prezidenti Donald Tramp Rusiya lideri Vladimir Putin haqqında verdiyi son açıqlamalarla gündəmə gəlib. O, Putini “peşəkar” adlandıraraq, Moskvanın Qərbin tətbiq etdiyi sanksiyalara tab gətirməyi bacardığını etiraf edib.

İnterpress.az xəbər verir ki, bu barədə ABŞ prezidenti Donald Tramp jurnalistlərə bildirib.

Trampın sözlərinə görə, sanksiyalar mövzusu onun Putinlə son telefon danışığında geniş şəkildə müzakirə olunub. “O başa düşür ki, yeni məhdudiyyətlər ola bilər,” – deyə Tramp bildirib.

Respublikaçı siyasətçi həmçinin vurğulayıb ki, prezidentliyi dövründə Rusiyaya qarşı İrandan daha sərt mövqe nümayiş etdirib. O, Ukrayna münaqişəsinin sülh yolu ilə həll olunmasını istədiyini, lakin nəticə ilə bağlı zəmanət verə bilməyəcəyini də əlavə edib.

Xuraman Etibarlı

İnterpress.az