Sena çayı 102 ildən sonra üzgüçülük üçün açıldı – amma sudan hələ də fekal bakteriyalar aşkarlanır – FOTO/VİDEObackend

Sena çayı 102 ildən sonra üzgüçülük üçün açıldı – amma sudan hələ də fekal bakteriyalar aşkarlanır – FOTO/VİDEO

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Sena çayı 102 ildən sonra ilk dəfə rəsmi olaraq üzgüçülük üçün açılıb. Amma mütəxəssislər bir neçə ay əvvəl çay sularında nəcis bakteriyalarının aşkarlanması barədə xəbərdarlıq etmişdi.

İnterpress.az xəbər verir ki, bu barədə Fransa mediası məlumat yayıb.

Çimənlər üzgüçülük bacarığını sübut etməli, yaş və boy məhdudiyyətlərinə əməl etməlidirlər:
– Yalnız 14 yaşdan yuxarı şəxslərə
– Boyu 1,4 metrdən yuxarı olanlara icazə veriləcək.

Qeyd edək ki, 1923-cü ildən bəri Sena çayında çimmək qadağan olunmuşdu, səbəb isə sadə idi – çirkli kanalizasiya sistemi və yağışlardan sonra çaya axan kanalizasiya suları.