Türkiyəyə QAR YAĞDI – VİDEObackend

Türkiyəyə QAR YAĞDI – VİDEO

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Rizə və Trabzonun dağlıq bölgələrinə qar yağıb.

İnterpress.az xəbər verir ki, bu barədə TRT Haber məlumat yayıb.

Məlumata görə, yul ayında Rize və Ərzurum, Tunceli və Trabzonun bəzi dağlıq ərazilərinə qar yağıb.

Rizədə soyuq havanın ardından Kaçkar Dağları Milli Parkı ətrafındakı yaylalar ağ qarla örtülüb.

İkizdərə bölgəsindəki Anzer yaylası, həmçinin Çamlıhemşin bölgəsindəki Kavron və Samistal kimi bir çox yaylalara qar yağıb.

Ərzurum, Tunceli və Trabzonun bəzi bölgələrinə yağan leysan hava istiliyinin aşağı düşməsi səbəbindən bəzi bölgələrdə qara çevrilib.

Xuraman Etibarlı

İnterpress.az