Britaniya ordusunun sosial şəbəkə hesablarına hücum olubbackend

Britaniya ordusunun sosial şəbəkə hesablarına hücum olub

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Böyük Britaniya ordusunun “Twitter“ və “Youtube”dakı səhifələri xaker hücumuna məruz qalıb.

Bu barədə Birləşmiş Krallığın Müdafiə Nazirliyi məlumat yayıb.

“Ordunun “Twitter“ və “Youtube”dakı səhifələrinin hücuma məruz qalması ilıə bağlı təhqiqat davam edir. Britaniya ordusu informasiya təhlükəziliyini vacib hesab edir və problemi qısa vaxtda həll etməyə çalışır” deyə məlumatda bildirilir.

Ordu rəhbərliyi hadisəyə görə üzr istəyib.