“Bu dəfə törətdikləri təxribat onların məhvi ilə nəticələnəcək!backend

“Bu dəfə törətdikləri təxribat onların məhvi ilə nəticələnəcək!

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

“Ermənistan bölgədə vəziyyəti gərginləşdirməyə çalışır. Öz daxilində sabitliyi bərpa edə bilmir”.bu sözləri ekspert, ictimai fəal Hacı Ələsgərov söyləyib.

“Avqustun 25-də Azərbaycanın Dövlət Sərhəd Xidmətinin sərhəd qoşunlarının əsgərinə Qubadlı rayonunun Aşağı Cibikli kəndi yaxınlığında iki erməni hərbçisi tərəfindən edilmiş hücumun ardınca Ermənistanın Gorus və Qafan vilayətlərini birləşdirən, bir hissəsi Azərbaycan ərazisindən keçən yol bağlanıb. Ermənistan rəhbərliyi təxribatçı əməllərini davam etdirdiyi təqdirdə vəziyyəti daha da pisləşəcək. Bu gün  Ermənistan bölgədə odla oynayır. Ermənistan 10 noyabr üçtərəfli bəyanatının reallaşmasına əməl etmək isəmir. Ermənistanın məsuliyyətsiz siyasətçiləri avantüris açıqlamalar verməklə məşğuldurlar. Unudurlar ki, bi dəfə törətdikləri təxtibat onların məhvi ilə nəticələnəcək”.

H. Ələsgərov Ermənistan rəhbərliyinin hələ də vətən müharibəsindən nəticə çıxartmadığını bildirdi.

“Prezident İlham Əliyev vətən müharibəsində Ermənistanın itkilərini gizlətdiyini, hətta Ermənistanın ən azı 7-8 min itki verdiyini söylədi. Ölkənin hərbi-iqtisadi infrastrukturu məhv olub”.

“Bu dəfə törətdikləri təxribat onların məhvi ilə nəticələnəcək!