Daha bir məktəb koronavirusa görə bağlandıbackend

Daha bir məktəb koronavirusa görə bağlandı

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

 

Bu gündən Gəncə şəhərində yerləşən 26 nömrəli tam orta məktəbdə dərslərin distant formada keçirilməsi qərara alınıb.

İnterpress.az xəbər verir ki, buna səbəb məktəbdə müəllim və şagirdlər arasında koronavirus xəstəliyinin (COVID-19) yayılmasıdır.

Dərslər iki həftəlik distant formada davam etdiriləcək.

Gəncə Şəhər Təhsil İdarəsi məktəbdə dərslərin distant formada keçirilməsi ilə bağlı məlumatı Oxu.Az-a təsdiq edib.

Qeyd edək ki, bundan başqa bu gün ölkə ərazisində fəaliyyət göstərən daha altı məktəb COVID-19-a görə bağlanıb.

 

 

İnterpress.az