DATÜB-ün 4-cü qurultayı İŞƏ BAŞLADI: Kassanovdan yenilikçi çıxış – VİDEObackend

DATÜB-ün 4-cü qurultayı İŞƏ BAŞLADI: Kassanovdan yenilikçi çıxış – VİDEO

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Türkiyənin Antalya şəhərində Dünya Axısxa Türkləri Birliyinin (DATÜB) 4-cü Ümumi Yığıncağı (qurultay) öz işinə başlayıb.

Yenicag.az xəbər verir ki, qurultayda Azərbaycan, Qazaxıstan, Birləşmiş Ştatlar, Gürcüstan və digər ölkələrdən nümayəndə heyətləri iştirak edir.

Dünya Axısxa Türkləri Birliyinin (DATÜB) sədri Ziyatdin Kassanov qurultayda çıxış edib. O, axısxalıların həyat şəraitinin yaxşılaşdırılması, hüquqlarının müdafiəsi ilə bağlı bir çox işlərin görüldüyünü və prosesin bundan sonra da davam edəcəyini vurğulayıb.

Kassanov birliyin qurultaydan yenilənmiş formada və daha güclü çıxacağını bildirib.

Qeyd edək ki, “Yeni Çağ” Media Qrupunun rəhbəri Aqil Ələsgər və “İnterpress” Media Qrupunun rəhbəri Toğrul Allahverdili də DATÜB sədrinin dəvəti ilə qurultayda iştirak edir.