Dənizkənarı Bulvar İdarəsi yoxsa, məxfi hərbi-müdafiə zonası?backend

Dənizkənarı Bulvar İdarəsi yoxsa, məxfi hərbi-müdafiə zonası?

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Dənizkənarı Bulvar ərazisində çəkiliş aparan jurnalistlərin dəfələrlə xoşagəlməz hallarla rastlaşdığının şahidi olmuşuq.

Bu sözləri İnterpres.az-a açıqlamasında bunu “Gənclərin Təşəbbüsünə və İnkişafına Dəstək” İctimai Birliyinin və Diaspor İnformasiya Mərkəzinin sədri Toğrul Allahverdili deyib.

O bildirib ki, bununla bağlı jurnalist dostları tərəfindən müraciətlər daxil olub: “Necə ki, çiynində kamera, əlində mikrofon bulvara daxil olursan, dərhal İdarənin xüsusi təyinatlı dəstə üzvlərinin hücumuna məruz qalırsan.

Sual yaranır ki, axı insanların asudə vaxtlarını səmərəli keçirdiyi bir ərazidə videoçəkilişlərə niyə qadağa qoyulub?

Görünən odur ki, bu qurum özünü strateji hərbi əhəmiyyətli bir təşkilat kimi zənn edir.

Amma indi müasir dövrdür, hər kəsin əlində yüksək megapikselli smartfonlar mövcuddur. Bulvar ərazisində zatən hər kəs video çəkilişlər edir. Axı mətbuatın çəkilişinin yaratdığı bu qısqanclığın kökündə nə dayanır?

Atalardan məsəl var: soğan yeməmisənsə, için niyə göynəyir?

Mən belə qənaətə gələ bilərəm ki, Bulvar idarəsi ərazidə nöqsanları və əkilən gül-çiçəkləri və digər görünənləri yuxarı instansiyalardan gizlətmək üçün bu qadağanı tətbiq edir.

Əgər belə deyilsə, durub aydınlıq gətirsinlər”.