Dubay şokoladı yeyən qız ÖLÜMDƏN DÖNDÜ – FOTO/VİDEObackend

Dubay şokoladı yeyən qız ÖLÜMDƏN DÖNDÜ – FOTO/VİDEO

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Dubay şokoladı yeyən qız ölümdən dönüb.

İnterpress.az xəbər verir ki, bu barədə Rusiya KİV məlumat yayıb. Rusiyada bir qız dəbdə olan Dubay şokoladını dadmaq qərarına gəlib.

İlk dişləmədən sonra ağzında qaşınma hiss edib, amma əvvəlcə buna əhəmiyyət verməyib. Bir müddət sonra boğulma, öskürək və bütün bədənində qaşınma başlayıb. Göz qapaqları şişməyə başlayıb və o, huşunu itirdiyini hiss edib.

Xoşbəxtlikdən xalası vaxtında təcili yardım çağırıb.

Təcili xəstəxanaya yerləşdirmə qızı xilas edib, həkimlər təcili antihistaminik iynə vurublar.

Tibbi yardım olmadan hər şey faciəli şəkildə bitə bilərdi, çünki qızda Kvinke ödemi inkişaf etmişdi.

Onu da xatırladaq ki, hazırda məşhur olan delikates olan Dubay şokoladı allergiya, şəkərli diabet və ya piylənmədən əziyyət çəkən insanlar üçün məsləhət deyil. Bu desertin tərkibində ən güclü allergenlər var – şokolad, qoz-fındıq, püstə pastası və kataifi xəmiri.

Xuraman Etibarlı

İnterpress.az