Dünya bazarında neft ucuzlaşıbbackend

Dünya bazarında neft ucuzlaşıb

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Dünya bazarında neftin qiyməti Çində xammala tələbat perspektivləri ilə bağlı narahatlıqlar fonunda bir qədər düşüb.

Şimal dənizində hasil olunan “Brent” neftinin yanvar fyuçersləri 0,29 % ucuzlaşaraq 1 bareli 92,87 ABŞ dollarına satılıb. WTI neftinin dekabr fyuçerslərinin qiyməti 0,59 % düşüb və 1 bareli 85,36 ABŞ dolları təşkil edib.

Açıqlanan məlumatlara görə, oktyabr ayında Çində sənaye istehsalının həcmi illik ifadədə 5 % artsa da, bu, proqnozlaşdırılan 5,2 %-dən azdır.

Çin neftin ən böyük idxalçılarından və istehlakçılarından biri olduğuna görə bu statistika “qara qızıl”a tələbat perspektivlərinə təsirsiz ötüşməyib.

İnvestorlar OPEC-in ötən gün dərc olunan aylıq hesabatının məlumatlarını da qiymətləndirməyə davam edirlər. Təşkilat xüsusilə cari il üçün dünya neft tələbatının artımı ilə bağlı proqnozunu gündəlik 0,1 milyon barel azaldaraq 2,5 milyon səviyyəsində müəyyən edib.