Dünya mediası Gəncəyə raket zərbəsi endirilməsindən yazıb – Fotobackend

Dünya mediası Gəncəyə raket zərbəsi endirilməsindən yazıb – Foto

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Rusiya, Azərbaycan və Ermənistan xarici işlər nazirlərinin Moskvadakı görüşündən sonra Gəncəyə raket zərbəsi endirilməsi dünya mediasının gündəmindədir.

İnterpress az xəbər verir ki, Rusiya, Azərbaycan və Ermənistan xarici işlər nazirləri oktyabrın 9-da görüşüblər. 11 saat çəkən gərgin danışıqların nəticəsi olaraq tərəflər humanitar atəşkəs barədə razılığa gəliblər. Lakin bir gün keçməmiş Ermənistan atəşkəsi pozaraq Azərbaycanın Qarabağa yaxın ərazidə yerləşən bölgələrini atəşə tutub. Oktyabrın 12-si gecə saatlarında isə Gəncədə yerləşən yaşayış binalarına raket zərbəsi endirilib. Nəticədə 9 nəfər mülki şəxs həlak olub, 30-dan artıq vətəndaş yaralanıb.

Rəsmi Bakı dərhal dünyanı bu barədə məlumatlandırıb. Xarici ölkənin Azərbaycandakı səfirləri Gəncəyə səfər edərək baş verənləri gözləri ilə görüb. Dünya nüfuzlu media quruluşları da Gəncəyə raket zərbəsi endirilməsinə geniş yer ayırıb. BBC, “The Guardian”, “Le Monde”, “Bild”, CNN, “La Republica”, “Reuters”, “The Waşinqton Post” və Əl-Cəzirə kimi media nəhəngləri Ermənistanın insanlığa sığmayan bu addımından yazıb.

Dünya mediası Gəncəyə raket zərbəsi endirilməsindən yazıb -  Foto

 

 

İnterpress.az