Dünyanın ən bahalı fotoşəkili məlum oldubackend

Dünyanın ən bahalı fotoşəkili məlum oldu

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Man Reyin “Enqrin skripkası” əsəri “Christie’s” hərracında rekord qiymətə – 12,4 milyon dollara satılıb.

İnterpress.az xəbər verir ki, o, hərraca çıxarılan tarixin ən bahalı fotoşəkili olub.

Amerikalı sürrealist rəssamın 1924-cü ildə çəkdiyi ağ-qara şəkildə çılpaq qadın bədəni skripkaya çevrilib. Şəkildə Man Reyin ilham perisi Kiki de Montparnas əks olunub.

Qeyd edək ki, bundan öncə dünyanın ən bahalı fotoşəkli Andreas Qurskinin 2011-ci ildə 4,4 milyon dollara alınmış “Reyn II” əsəri sayılırdı.