Dünyanın türk kimi tanıdığı tanınmış idmançı erməni imiş – RƏSMƏN TƏSDİQLƏNDİbackend

Dünyanın türk kimi tanıdığı tanınmış idmançı erməni imiş – RƏSMƏN TƏSDİQLƏNDİ

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Tanınmış basketbolçu Enes Kander erməni əsillidir.

İnterpress.az basketbolçunun həyatı və fəaliyyəti haqqında indiyədək heç kimə məlum olmayan bəzi gizli nüansları əldə edib.

Belə ki, məlum olub ki, Enes Kander (yan) Türkiyənin Van şəhərində məskunlaşmış erməni bir ailənin övladıdır. O, ilk təhsilini Türkiyənin Van şəhərində alıb, daha sonra isə FETÖ terror təşkilatına bağlı hazırda fəaliyyəti dayandırılan Samanyolu kollecində oxuyub.

O, FETÖ terror təşkilatının ən fəal üzvlərindən sayılır. Enes Kander son illər “Kander” soyadından imtina edərək Gülən soyadından istifadə etməkdədir. Enes Kanderlə bağlı Türkiyədə cinayət işi açılıb və beynəlxalq axtarışa verilib.

Qeyd edək ki, Enes Kander Azərbaycanın 44 günlük Vətən muharibəsində erməniləri dəstəklədiyi üçün sosial mediada tənqidlərə məruz qalmışdı.

Məlumat üçün bildirək ki, Enes Kander qondarma erməni soyqırmını dəstəkləyir.

Toğrul Allahverdili