Erməni deputat: “Rusiya delimitasiya üçün 1974-cü ilin xəritəsini təklif edib” – VİDEObackend

Erməni deputat: “Rusiya delimitasiya üçün 1974-cü ilin xəritəsini təklif edib” – VİDEO

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

“Biz Ermənistan SSR və Azərbaycan SSR tərəfindən təsdiq edilmiş 1926-cı il xəritəsinə istinad edirik”.

“Bunu Ermənistanda jurnalistlərə açıqlamasında hakim “Vətəndaş müqaviləsi” partiyasının deputatı Arman Yeqoyan deyib”.

O bildirib ki, təkcə Rusiya Federasiyasının Baş Qərargahında bir çox xəritə var:

“Rusiya onlarla birlikdə hərəkət etməyi təklif etdi. Hazırda vəziyyəti sabitləşdirmək üçün bizə Baş Qərargah tərəfindən təsdiq edilmiş 1974-cü il tarixli sonuncu xəritə təklif olunub. Bundan sonra təsdiq olunmayan dəyişikliklər oldu. Dəyişikliklər zamanla baş verdi, ancaq hər yerdə yox. Məsələn, Tovuzda dəyişikliklər olub, ancaq kolxozlar səviyyəsində”, – deyə Yeqoyan qeyd edib.

O, delimitasiya və demarkasiyanın bir çox şeyi dəyişə biləcəyinə əmin olduğunu bildirib.

Ətraflı Baku TV-nin süjetini təqdim edirik: