Erməni ekspert: “Ermənistan cəmiyyətində dərin apatiya müşahidə olunur”backend

Erməni ekspert: “Ermənistan cəmiyyətində dərin apatiya müşahidə olunur”

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

“Ermənistan sakinlərində dərin ümumi ruh düşkünlüyü, laqeydlik müşahidə olunur”.

İnterpress.az “Novosti Armenia”ya istinadən xəbər verir ki, bunu Ermənistanın siyasi texnoloqu Vigen Akopyan bildirib.

“Bu, o deməkdir ki, insanlar reallıqdan qaçmağa cəhd göstərirlər. Söhbət həm də psixoloji problemdən gedir”, o qeyd edib.

Ekspertin sözlərinə görə, apatiya klinik depressiyanın əlamətlərindəndir:

“Başqa sözlə cəmiyyət dərin depressiyaya düşəndə müdafiə reaksiyası yaranır. Onlardan biri dəvəquşu mövqeyidir. Bu zaman insanlar reallıqdan qaçmağa çalışırlar”.

O deyib ki, belə şəraitdə insanlar neqativ informasiyalardan özlərini qoruyur, gündəlik işlərlə məşğul olmağa üstünlük verirlər.

Vigen Akopyan cəmiyyətin bu vəziyyətini ölkənin təhlükəsizlik məsələləri, Qarabağla əlaqələndirib.