Ermənilər sülh müqaviləsi üçün şərt qoydubackend

Ermənilər sülh müqaviləsi üçün şərt qoydu

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Ermənistan Təhlükəsizlik Şurasının katibi Armen Qriqoryan Qarabağ münaqişəsinin yalnız ATƏT-in Minsk qrupu həmsədrlərinin himayəsi altında danışıqlar formatında həll oluna biləcəyini vurğulayıb.

Yenisabah.az xəbər verir ki, o, Ermənistanla Azərbaycan arasındakı sərhədin demarkasiyası və delimitasiyasının Qarabağ məsələsi xaricində baş tutacağını qeyd edib.

“Azərbaycanla sərhədlərin demarkasiyası və delimitasiyası məsələsinin müzakirəsi zamanı Dağlıq Qarabağ probleminə toxunulmur.

Ermənistana Azərbaycandan sülh müqaviləsi imzalamaq üçün heç bir təklif gəlməyib. İlham Əliyev dəfələrlə İrəvanın müqavilənin imzalanması ilə bağlı təkliflərə məhəl qoymadığını bildirib.

Amma bizim dəqiq mövqeyimiz var-sülh müqaviləsi yalnız Dağlıq Qarabağ münaqişəsinin hərtərəfli həllindən sonra imzalana bilər. Bu isə yalnız ATƏT-in Minsk Qrupunun həmsədrləri formatında mümkündür”,-deyə Armen Qriqoryan əlavə edib.