Əsgərimizi yaralayan erməni hərbçi MƏHV EDİLDİbackend

Əsgərimizi yaralayan erməni hərbçi MƏHV EDİLDİ

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Xəbər verdildiyi kimi bu gün saat 10.00 radələrində Ermənistan silahlı qüvvələrinin bölmələri Ermənistan-Azərbaycan dövlət sərhədinin Naxçıvan Muxtar Respublikasının Sədərək rayonu istiqamətində yerləşən Azərbaycan Ordusunun mövqelərini müxtəlif çaplı silahlardan atəşə tutub.

 

Müdafiə Nazirliyinin məlumatına görə, Azərbaycan Ordusunun hərbi qulluqçusu Mərdanlı İbadulla Məhsud oğlu yaralanıb. Yaralıya ilkin tibbi yardım göstərilib və o, tibb müəssisəsinə təxliyə olunub.

 

“Cavab atəşi ilə düşmən susdurulub. Hazırda bu istiqamətdə vəziyyət sabitdir, əməliyyat şəraiti bölmələrimizin nəzarəti altındadır”,-deyə Azərbaycan Müdafiə Nazirliyi bəyan edib.

 

İnterpress.az xəbər verir ki, Ermənistan Müdafiə Nazirliyi cəbhənin sözügüdən istiqamətindəki atışma zamanı bir  erməni əsgərin məhv edildiyi barədə məlumat yayıb.