Freddi Merkurinin 30 il əvvəl yazılmış mahnısı buraxılıb – VİDEObackend

Freddi Merkurinin 30 il əvvəl yazılmış mahnısı buraxılıb – VİDEO

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Britaniya rok qrupu “Queen” 1988-ci ildə vokalçı Freddi Merkuri (1946-1991) iştirakı ilə yazılmış “Face It Alone” mahnısını buraxıb.

Mahnı cümə axşamı “Apple Music” və “Spotify” axın platformalarına yüklənib.

Daha əvvəl musiqi qrupunun üzvləri Brayan Mey və Rocer Taylor mahnının 1989-cu ildə işıq üzü görən “The Miracle” albomu üzərində işləyərkən lentə alındığını bildiriblər.

Artıq unudulmuş kompozisiya bərpa olunub. “Face It Alone” adıçəkilən albomun yenilənmiş variantında yer alacaq. Alboma qrup üzvlərinin İsveçrənin London və Montrö studiyalarındakı dialoqları da daxil ediləcək.

Mənbə: gazeta.ru