Georgi Kalandarişvili yenidən Gürcüstan MSK-nın sədri seçilibbackend

Georgi Kalandarişvili yenidən Gürcüstan MSKnın sədri seçilib

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Gürcüstan parlamenti Mərkəzi Seçki Komissiyasının (MSK) rəhbəri Georgi Kalandarişvilini yenidən bu postda təsdiq edib.

İnterpress.az xəbər verir ki, bu barədə Gürcüstan KİV-i məlumat yayıb.

Onun namizədliyini hakim “Gürcü arzusu – Demokratik Gürcüstan” partiyasından olan deputatlar və müxalifətin bir hissəsi dəstəkləyib.

Məlumata görə, 85 deputat G.Kalandarişvilinin lehinə, 5 deputat isə əleyhinə səs verib.

Parlament həmçinin komissiya üzvlərini də təsdiqləyib.