Gürcüstandan Rusiyaya yük maşınlarının hərəkəti bərpa edildibackend

Gürcüstandan Rusiyaya yük maşınlarının hərəkəti bərpa edildi

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

““Kazbeqi” gömrük-keçid məntəqəsi gündə 1000-ə qədər yük maşını keçirməyə hazırdır”.

İnterpress.az xəbər verir ki, bu haqda Gürcüstanın Gəlirlər Xidməti məlumat yayıb.

Bildirilib ki, məntəqə səhər avtomobillər üçün, axşama yaxın yük maşınları üçün açılıb.

Gürcüstan-Rusiya sərhədinə doğru bütün nəqliyyat növlərinin – həm minik, həm də yük avtomobillərinin hərəkəti hələ də müvəqqəti yolla həyata keçirilir.

Qeyd edək ki, güclü yağışlar Terek və Devdoraki çaylarının daşmasına səbəb olub, nəticədə Mtsxeta-Stepantsminda-Lars (neytral zona) beynəlxalq avtomobil yolunun 80 metrdən çox hissəsi zədələnib.